Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Qəzzada min mənzil tikəcək

Noyabr 12
19:01 2014

“Sələf Xəbər” TRT Azərbaycan-a istinadən xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sǝrdar Çamın iştirakı ilə dünən Qəzzada 1000 mənzilin tikilməsi üzrə layihənin təməl qoyma mərasimi keçirilib.

Tədbirə həmçinin Qəzzanı ziyarət edən Türkiyənin Qüds baş konsulunun səfiri Mustafa Sarnıç, TİKA və Din İşləri üzrǝ İdarənin nümayəndələri qatılıb.

Mərasimdə çıxış edən TİKA-nın sədri Çam, inşa olunacaq min mənzilin qəzzalıların həyatlarını davam etdirə bilmələri üçün təqdim edilən sadə bir hədiyyə olduğunu ifadə edib.

Türkiyənin Qüds baş konsulu Sarnıç da, Qəzzada böyük bir dağıntıya şahid olduqlarını dilə gətirib. Sarnıç, “Əvvəlcə müstəqil, azad bir Fələstin dövlətinin qurulması təmin edilməlidir. Biz ancaq bu şərtlər təmin edildiyi təqdirdə bölgəyə sülh və əmin-amanlığın gələcəyinə inanırıq. Qəzzanın abadlığı üçün Türkiyə olaraq əlimizdən gələni edəcəyik”, deyib.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).

Digər xəbərlər