Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Qəzzada yüzlərlə ailəni evlə təmin edəcək

İyun 26
19:23 2015

Türkiyə dövləti Qəzzada evlərini itirmiş ailələrə yardım edəcəyini bildirib.

Türkiyə dövləti İsrailin hücumları nəticəsində evsiz qalan minlərlə ailəyə Qəzzada yeni evlərin tikintisi üçün 12,5 milyon dollar dəyərində vəsait ayırıb.

“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən məlumatına görə, Türkiyə dövləti 15 yaşayış evinin tikintisi üçün Qəzza hakimiyyət orqanları ilə razılığa gəlib. Tikinti materiallarının Fələstinin işğal altındakı ərazilərinə idxalı üçün İsrail dövləti ilə də razılaşma əldə olunub.

2014-cü ilin iyul-avqust aylarında 2 mindən çox insan, İsrailin hərbi hücumlarının qurbanı olub. Onlardan 600 nəfəri uşaqlardır. Eləcə də 10 mindən çox adamın yaralandığı və bir çox insanın evsiz-eşiksiz qaldığı məlumdur.

Nəticədə, İsrail əsgərləri özləri də müharibə zamanı törətdikləri cinayətləri etiraf edərək bildirmişdilər ki, xəstəxanaları, yaşayış evlərini, məscidləri, məktəbləri, hətta BMT-yə aid binaları hədəfə almaq onlara məhz ordu komandirləri tərəfindən əmr olunmuşdur.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Uca Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/2074/ № 2699)

Digər xəbərlər