Türkiyə qondarma “erməni soyqırımı”na görə Avropaya xəbərdarlıq edib
688 dəfə baxılıb
Türkiyə qondarma “erməni soyqırımı” qanun layihəsini səsverməyə çıxaracaq Avropa Parlamentinə xəbərdarlıq edib.
“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç bu məsələdə parlamentlərin qərar verməsinin doğru olmadığının Avropa Parlamentinə çatdırıldığını deyib.
“Fikirlərimizi detallı şəkildə qarşı tərəfin diqqətinə çatdırmışıq. Bu mövzuda parlamentlərin qərar verməsinin doğru olmadığını, bu mövzuda tarixçilərin qərar verməsinin lazım olduğunu bildirmişik”, – Türkiyə XİN-in sözçüsü bildirib.
Tanju Bilgiç 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını parlamentdə səsverməyə çıxaracaq Hollandiyaya də eyni şəkildə xəbərdarlıq olunduğunu əlavə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi)