Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Rusiyanın şərtlərini rədd etdi

Dekabr 17
15:59 2015

Türkiyə Rusiyanın münasibətlərin yaxşılaşması üçün irəli sürdüyü şərtləri qəbul etməyib.

Sələf Xəbər”AzNews.az-a istinadən xəbər verir ki, Rusiya tərəfi münasibətlərin normallaşması üçün 2 şərt irəli sürüb. Rusiya Xarici İşlər nazirinin müavini 2 şərti açıqlayaraq bildirib ki, Türkiyə bir daha təyyarə vurulması hadisəsinin təkrarlanmayacağına dair təminat verməli və dəymiş ziyana görə təzminat ödəməlidir.

Rusiyanın təminat istəyinə Xarici İşlər Nazirliyinin spikeri Tanju Bilgiç reaksiya verib. Bildirib ki, əgər bundan sonra sərhəd pozuntusu olmazsa, hər hansı problem də olmayacaq.

Tanju Bilgiç, həmçinin Türkiyənin heç bir halda təzminat ödəməycəyini deyib.

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə ilə münasibətlərin yaxşılaşması üçün bu iki şərti irəli sürmüşdür.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər