Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Rusiyaya başsağlığı verib

Fevral 29
17:55 2016

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Komi Respublikasının Vorkurta şəhərində kömür mədənində baş verən faciə ilə əlaqədar olaraq bu ölkəyə başsağlığı verib.

“Sələf Xəbər” Axar.az-a istinadən həmin başsağlığı mətnini təqdim edir:

“Rusiyanın Komi Respublikasının Vorkurta şəhərində Severnaya kömür mədənində baş verən faciədən dolayı, dərin kədər hissi keçiririk. Başda həyatını itirənlərin yaxınları olmaqla, Rusiya xalqına başsağlığı veririk. Qəza nəticəsində dağıntılar altında qalanların da ən qısa zamanda xilas edilməsini arzu edirik”.

Qeyd edək ki, fevralın 25-də Rusiyanın Komi Respublikasının Vorkurta şəhərindəki Severnaya kömür mədənində qəza baş verməsi nəticəsində 36 işçi həlak olub. Dağıntılar altında hələ də insanların qaldığı güman edilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər