Türkiyə sərhədində təyyarə qəzası – 35 ölü, 120 yaralı – FOTO
789 dəfə baxılıb
Suriya ordusuna aid hərbi təyyarə Türkiyə sərhədinə yaxın bir ərazidə qəzaya uğrayıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Suriya ordusuna aid döyüş təyyarəsinin İdlib vilayətinin Ərihə rayonunda bir bazara düşməsi nəticəsində 35 nəfər həlak olub, 120 nəfər isə yaralanıb.
Təyyarənin qəzaya uğradığı yerdə altı yaşayış binasının tamamilə yararsız vəziyyətə düşdüyü bildirilir.
AFP-in Suriya İnsan hüquqları Təşkilatına istinadən yaydığı məlumatda təyyarənin bölgəni bombardman etdikdən sonra texniki səbəblərdən qəzaya uğradığı bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
“Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Uca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)
Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur. (Bax: “Təfsir Əs-Saadi”)