Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi məlum oldu

Avqust 05
14:12 2015

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi Quru Qoşunları keçmiş komandanı 63 yaşlı general Hulusi Akar oldu.

“Sələf Xəbər” Trend-ə istinadən bu barədə xəbər verir.

Baş Qərargahının komandanı Necdet Özel vəzifəsini səhhətində problemlərin olması ilə əlaqədar tərk edib.

N.Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər