Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Somalidə hərbi baza yaradacaq

Yanvar 19
17:47 2016

Təlim keçmək üçün 200 türk əsgəri Somaliyə göndəriləcək.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Somali ilə Türkiyə Böyük Millət Məclisinin müdafiə komitəsi arasında razılıq əldə olunub.

Sözügedən hərbi bazada 10 min somalili əsgərə təlim keçmək üçün 200 türk əsgəri Somaliyə göndəriləcək.

Türkiyənin bu addımı BMT tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Somalidə “Əş-Şəbab” kimi bir sıra təhlükəli terrorçu qruplar fəaliyyət göstərir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər