Türkiyə Suriya ilə sərhəddə divar inşa etməyə davam edir
699 dəfə baxılıb
Türkiyə Suriya ilə sərhəd boyu 45 km uzunluğu olacaq beton divar inşa etməyə başlayıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, Hazırda Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Reyhanlı şəhəri yaxınlığında artıq 12 km divar ucaldılıb.
Məlumata görə, divarın tikintisində istifadə olunan beton blokların hər birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınlığı 30 sm, eni 2 metrdir.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)
“Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya da qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fataua əş-şariyyə fi kadayyə əl-asriyya”, 125)