Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Suriya ilə sərhəddə sədd tikir

Avqust 14
17:45 2015

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Suriya ilə sərhəd vilayəti olan Hatayda xəndəklər qazır və sədd çəkir.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, səddin hündürlüyü 3, eni 2 metr olacaq.

Artıq sərhəddə səddin 2,5 kilometrlik hissəsi inşa edilib. Səddin ümumi uzunluğu 8,25 kilometr olacaq.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər