Türkiyə-Suriya sərhədində 43 İŞİD silahlısı saxlanılıb
578 dəfə baxılıb
Türkiyə sərhədçiləri Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edən 43 İŞİD terror xəvaric qruplaşması silahlısını saxlayıb.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, saxlanılanlardan 22-si yetkinlik yaşına çatmamış şəxslərdir.
Telekanalın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, hadisə sərhədçilərin ölkənin cənubundakı Kilis əyalətində sərhəd xəttini yoxlayarkən baş verib.
Saxlanılan şəxslərdən ilkin ifadələr alınıb, daha sonra onlar jandarm komandanlığına təhvil veriliblər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)