Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Suriyadakı atəşkəsi dəstəkləyib

Fevral 23
18:29 2016

Türkiyə Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Düşünürük ki, atəşkəsə nail olmaq mümkündür. Ümid edirik ki, əvvəlki anlaşmalardan fərqli olaraq, bu razılaşmaya əməl olunacaq”, – deyə N.Kurtulmuş bildirib.

Bununla belə hökumət rəsmisi bildirib ki, Türkiyə öz sərhədlərini hər hansı təhdidlərdən qorumaq hüququnu özündə saxlayır.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər