Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Türkiyə Suriyaya qoşun yeritməyəcək”

Fevral 20
16:52 2016

“Türkiyə təkbaşına Suriya ərazisinə qoşun yeritmək niyyətində deyil”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik bəyan edib.

Onun sözlərinə görə, quru qoşunların iştirakı ilə əməliyyat yalnız İŞİD terror xəvaric qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində və yaxud BMT Təhlükəsizlik Şurasının müvafiq qərarından sonra mümkündür.

“Rəsmi Ankara Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bununla belə, Türkiyə ərazisinin kürd hərbi birləşmələri tərəfindən atəşə tutulmasını cavabsız qoymayacaq. “Suriyaya dəstək” beynəlxalq qrupunun üzvü olaraq Türkiyə qonşu ölkədə münaqişənin siyasi yolla nizamlanmasını dəstəkləyir. Hazırda ən əsas məsələ – atəşkəsə nail olmaq və İŞİD terror xəvaric qruplaşması ilə effektiv mübarizə aparmaqdır”, – deyə Halit Çevik bildirib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi, həmçinin qeyd edib ki, Rusiya Suriyada terrorçuların mövqeləri əvəzinə mülki obyektlərə hava zərbələri endirir.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər