Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə terrorla üz-üzə – FOTO

İyul 21
15:12 2015

Dünən Türkiyədə baş verən partlayışla əlaqədar bəzi şəhərlərdə terror aktları yaşanıb.

Ötən gün Türkiyədə 30 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi bəhanə olunaraq ölkənin bir çox yerində PKK terrorçuları və separatçı kürdlər təxribatyönümlü aksiyalar keçirməyə və bəzi yerlərdə terror hücumları törətməyə başlayıblar.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, ölkənin şərqindən qərbinə qədər müxtəlif şəhərlərdə törədilən terror aktı zamanı çox sayda xəsarət alan olub.

İstanbul şəhərində terrorçular ictimai nəqliyyata hücum edərək sürücüləri odlu silahla girov götürüblər. Sürücülərdən biri qaçaraq xilas olsa da, digər sürücünün taleyi barədə məlumat verilməyib. Bundan sonra İstanbul Qazi məhəlləsi və Sarıyerdə polislə terrorçular arasında silahlı insident baş verib. Hadisə nəticəsində iki polis əməkdaşı ov tüfəngindən atılan qırma ilə yüngül yaralanıblar. İznsiz etiraz aksiyaları gecə boyu İstanbulun müxtəlif rayonlarında davam edib.

Hərbçinin terrorçular tərəfindən yandırılan maşını istifadəyə yararsız hala düşüb.

Şırnak vilayətində də Suruc hadisələri bəhanə edilərək iznsiz aksiya keçirilib. Cümhuriyyət prospektində 40-50 nəfərlik qrup barrikadalar quraraq qanunsuz şəkildə sürücülərin sənədlərini yoxlamağa başlayıblar. Terrorçuları görərək hadisə yerindən piyada qaçan bir hərbçinin avtomobili molotof kokteyli ilə yandırılıb. Yanğınsöndürənlər tərəfindən söndürülən maşın istifadəyə yararsız hala düşüb.

Terrorçular traktor aparan yük maşınını yandırıblar.

Diyarbəkirdə isə traktor aparan yük maşını terrorçular tərəfindən dayandırılaraq yandırılıb. Terrorçular yanğına müdaxilə edən yanğından mühafizə briqadasına və təzyiqli su avtomobilinə (TOMA) daşlarla hücum ediblər. İnsidentin böyüməsi ilə yanğınsöndürənlər geri çəkilməyə məcbur olub. Bölgədə vaxtaşırı silah səslərinin də eşidildiyi bildirilir.

Hərbçilərlə terrorçular arasında atışma baş verib.

Daha bir hücum hadisəsi isə Türkiyənin Azərbaycanla sərhəd vilayəti olan İğdırda baş verib. Məlumata görə, İğdır ilə Ağrı vilayətinin Doğubəyazid rayonunun arasındakı Pamuk keçidində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib. Yarım saat davam edən atışma zamanı İğdırın Suverən kəndi ilə Doğubəyazidin Karabulak kəndlərinin yolu bağlanıb. Daha sonra yollarda avtomobillərin hərəkəti bərpa olunub və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, ötən gün gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

Kamikadze hücumun İŞİD xəvaric terror qruplaşmasının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.

📷

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər