“Türkiyə Ukrayna, Suriya olmayacaq”
790 dəfə baxılıb
Türkiyənin bu qələbəsi ölkəni Qərb və cənub ölkələrinə təslim etməyə çalışanlara, terror şəbəkələrinə və bütün bunların “ortaq cəbhə”sinə qarşı bir vətən savaşıydı.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Qaragül köşəsində yazıb. O, Türkiyədə 1 noyabr seçkilərinə münasibət bildirib:
“Bundan sonra bu ölkə əsla diz çökməyəcək. Bu ölkə Misir, Ukrayna, Suriya olmayacaq. Türkiyə etnik və məzhəb savaşına sürüklənməyəcək və yenidən Anadolu sərhədlərinə qısılıb qalmayacaq. PKK, DHKP-C, paralel hökumət, rəngli inqilabçılar, Aydın Doğanlar belə bu ölkəni girov götürə bilməyəcəklər. Bundan sonra Türkiyə çox böyük addımlar atacaq”.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!











































