Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə və ABŞ prezidentləri İŞİD bağlı müzakirə aparıblar

Oktyabr 20
17:34 2014

APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbər görə, Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyip Ərdoğanla Barak Obama arasında telefon danışığı olub.

Telefon danışığı zamanı İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək və əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, telefon danışığı zamanı İŞİD-ə qarşı birgə mübarizə aparılması yolları, Kobani də daxil olmaqla Suriyada aparılan əməliyyatlar müzakirə olunub: “180 min kobanilinin də aralarında olduğu 1,5 milyondan çox suriyalı qaçqının Türkiyəyə sığındığı da vurğulanıb. İki lider İŞİD-ə qarşı mübarizə ilə yanaşı Əfqanıstanda da sülh və sabitlik üçün əməkdaşlıq etməyin önəmli olduğunu vurğulayıblar”.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim.” (Əl-Buxari).

Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).

Digər xəbərlər