Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə və Qətər ortaq hərbi baza yaradır

Aprel 29
17:33 2016

Türkiyə ilə Qətər arasında münasibətlər hər ötən gün daha da sıxlaşır.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, Dohada səfərdə olan baş nazir Əhməd Davudoğlu burada bir sıra önəmli addımların atıldığını və sənədlərin imzalandığını qeyd edib. Baş nazir postuna sahib çıxdıqdan sonra Qətərə 15 dəfə gəldiyini xatırladan hökumət başçısı, iki ölkə arasında ticarət həcminin yaxın vaxtlarda 5 milyard dollara çatdırılacağını qeyd edib. O həmçinin bildirib ki, Türkiyə bu ölkənin kənd təsərrüfatına olan bütün ehtiyacını ödəyəcək. Davudoğlunun toxunduğu başqa önəmli məsələ isə iki ölkənin Qətərdə ortaq hərbi baza yaratması ilə bağlı olub.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər