Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb

İyul 25
15:48 2014

Trend Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Liviyadakı qeyri-sabit vəziyyətlə əlaqədar öz ölkəsinin vətəndaşlarını Liviyanı tərk etməyə çağırıb.

Bundan əlavə, XİN Türkiyə vətəndaşlarını Liviyaya səfər etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilməsindən sonra ordu ilə Benqaziyə nəzarət edən hərbiləşdirilmiş qruplaşmalar arasında toqquşmalar demək olar ki, hər gün baş verir.

Benqazidə silahlı qruplaşmalarla hökumət qoşunları arasında ilk silahlı toqquşma bu ilin yazında baş verib.

 Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə).

Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam beş əsas şey: din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır.

Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, və ya yollardakı quldurlar, və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir. (Bax “Fataua əş-şər’iə fi qadaə əl-’əsriya” 125).

Allah bütün dünyaya, xüsusən də, müsəlman ölkələrinə əmin-amanlıq, firavanlıq bəxş etsin!

Digər xəbərlər