Türkiyə XİN: Əsəd rejimi və Rusiya Suriyada növbəti cinayət törətdi
796 dəfə baxılıb
Türkiyə Xarici İşlər Nazirliyi Suriyada bombardmanları davam etdirən Rusiyanın ünvanına çox sərt ittihamlarla çıxış edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə XİN Rusiya hərbi təyyarələrinin Suriyanın Türkiyə ilə həmsərhəd İdlib şəhərində xəstəxana binasını və məscidi bombalaması nəticəsində 60-dan çox mülki şəxsin öldüyünü açıqlayıb:
“Bu səhər rejimin və Rusiyanın Suriyadakı cinayətlərinə bir yenisi əlavə olunub. İdlib Milli Xəstəxanası, Abrar camesi və digər mülki obyektlərə Rusiya təyyarələri tərəfindən endirilən zərbələr nəticəsində ilkin məlumatlara əsasən 60-dan çox mülki şəxs həyatını itirib. Yaralıların sayı 200-ə yaxındır. Şiddətlə qınadığımız, dərin nifrət oyandıran bu hadisə zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Suriyada siyasi həlli və hərbi əməliyyatların dayandırılması haqda razılaşmanı dəstəklədiyini bildirən Rusiya Federasiyasının bu razılıqları ayaqlar altına atdığı ortadadır. Suriya rejiminin və Rusiyanın heç bir bəraəti olmayan bu cinayətləri qarşısında beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyəti gecikmədən yerinə yetirməsini gözləyirik”.
Qeyd edək ki, Rusiya hərbi komandanlığı İdlibdəki bombardmanda bu ölkə hərbi təyyarələrinin iştirak etmədiyini iddia edir.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)