Türkiyə XİN-i İranın Ankaradakı səfirini çağırıb
662 dəfə baxılıb
İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfi İranda prezident Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların dərc edilməsinin dayandırılmasını tələb edib.
“Biz İran dövlət qurumlarına yaxın olan KİV-də prezidentimizin bu günlərdə Səudiyyə Ərəbistanına səfərinin bu ölkədə kütləvi edamlarla əlaqəsinin olması barədə məlumatların yayılmasını qətiyyətlə pisləyirik”, – deyə XİN məlumatında qeyd olunub.
Ərdoğan dekabrın sonunda Səudiyyə Ərəbistanına səfər edib. Yanvarın 2-də Ər Riyadda şiə din xadimi, vaiz Nimr ən-Nimr daxil olmaqla 47 nəfər edam edilib. Bu Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.
Qeyd edək ki, Ərdoğanın özü edamların Səudiyyə Ərəbistanının öz daxili işi olduğunu bildirib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)