Türkiyə XİN: Qoşunların İraqdan çıxarılması davam etdirilir
662 dəfə baxılıb
Türkiyə qoşunlarının İraqdan çıxarılması prosesini davam etdirir.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.
“Türkiyə İraq tərəfinin həssaslığını və İŞİD terror xəvaric qruplaşması ilə mübarizənin zəruriliyini nəzərə alaraq silahlı qüvvələrinin Naynava əyalətindən çıxarılmasını davam etdirir”, – deyə məlumatda bildirilir.
Sənəddə qeyd olunur ki, Türkiyə beynəlxalq koalisiyanın üzvü olaraq İŞİD terror xəvaric qruplaşması üzərində qələbə naminə birgə səylərin əlaqələndirilməsi üçün İraqla əməkdaşlıq etməyə hazırdır.
Bəyanatda Türkiyənin İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha qeyd olunur və yerli qüvvələri İŞİD terror xəvaric qruplaşmasına qarşı əməliyyatlara hazırlayan türk təlimatçılarının mühafizəsi məqsədi ilə kontingentin yerləşdirilməsi ilə bağlı İraq hökuməti ilə anlaşılmazlıq olduğunu etiraf edir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!