Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Xüsusi Təyinatlıları Şimali İraqda uğurlu əməliyyat keçirdi

Sentyabr 10
20:24 2015

Hakkarinin Dağlıca ərazisində 16 əsgərin şəhid olduğu hücumun ardından bölgədə təyyarələr və quru qoşunları ilə əməliyyatları aparan Türkiyə Silahlı Qüvvələri, İraqın şimalına qaçan PKK-çılar təqib edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, türk ordusunun Xüsusi Təyinatlılarına bağlı iki tabor əsgərin Şimali İraqa keçdiyi və burada PKK-çıların yerlərini öyrəndiyi bildirilir.

Xüsusi Təyinatlıların PKK-çıların koordinatlarını öyrəndiyi və müfafiq məlumatları ötürdükdən sonra, Türkiyə hərbi təyyarələrinin həmin əraziləri bombaladığı qeyd edilir. Həm havadan, həm də qurudan keçirilən əməliyyat nəticəsində 100 PKK-çının məhv edildiyi bildirilir.

35 ədəd F-16 və 18 ədəd F-4 döyüş təyyarəsinin iştirak etdiyi əməliyyatda PKK-nın Qəndil, Hakurk, Avaşin, Metina, Basyan, Kara və Zap düşərgələri da hədəf alınıb.

Hərbi mənbələr Xüsusi Təyinatlıların hazırda da Şimali İraqda olduğunu və PKK-ya qarşı əməliyyatları davam etdirdiyini bildirir.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər