Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə 23 PKK terrorçusu məhv edilib

Dekabr 17
17:05 2015

Türkiyə Silahlı Qüvvələrinin ölkənin Şırnaq vilayətində keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının 23 üzvü öldürülüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 15-də başlayıb. İndiyədək 23 terrorçu məhv edilib. Onların arasında terrorçu-kamikadzelərin olduğu da bildirilir. Əməliyyatlar davam edir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər