Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan olunub – VİDEO

İyul 21
16:12 2016

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.

Selefxeber.az-ın “Report”a istinadən məlumatına görə, bunu 15 iyul gecəsi uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdinin ardından Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Fövqəladə hal elanının qətiyyən demokratiyaya, hüquqa, azadlıqlara qarşı olmadığını qeyd edən Ərdoğan, bunun, tam əksinə, sözügedən dəyərləri qorumaq və gücləndirmək məqsədi ilə edildiyini bildirib.

🎬

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.

Digər xəbərlər