Türkiyədə Beynəlxalq İslam Universiteti açılacaq
1. 510 dəfə baxılıb
“Sələf Xəbər” Umma İnfo-ya istinadən bildirir ki, Türk Respublikasında ilk islam ali təhsil müəssisəsi yaradılacaq. Bu təhsil ocağı dünyada fəaliyyət göstərən 5 müsəlman universitetinə “qardaş” olacaq. Bu haqda Türkiyənin dini işlər üzrə naziri Mehmet Görmez bildirib.
Onun sözlərinə görə, nazirlik artıq Türkiyənin Ali təhsil üzrə komitəsinə (YÖK) Beynəlxalq İslam Universitetinin açılışına dair müraciət ünvanlayıb. Komitədən müvafiq razılıq alındıqdan sonra Beynəlxalq islam universitetinin “29 Mayıs” İstanbul Universiteti əsasında yaradılacağı planlaşdırılır.
“Dünyada 5 məşhur islam ali məktəbi var. Bu Misirin əl-Əzhar Universiteti, Mədinənin İslam Universiteti, İslamabadda İslam Universiteti, Malayziyada İslam Universiteti və İranda ”Əl Mustafa” Beynəlxalq Universitetidir. Biz bu təhsil müəssisələri ilə bir cərgədə dura biləcək ali məktəb yaratmaq istəyirik. Universitetdə təhsil ingilis, ərəb və fars dillərində həyata keçiriləcək”.
Görmez sözlərinə görə, Türkiyənin İslam Universiteti Misir Universitetinə rəqib və ya alternativ yox, ona “qardaş” olacaq.
Xatırladaq ki, dünyanın ən qədim təhsil müəssisələrindən biri olan əl-Əzhar – ən nüfuzlu müsəlman dini akademiyasıdır. Təhsil ocağının əsasın 988-ci ildə qoyulub. əl-Əzhar Yaxın Şərqdə ən böyük islam universitetidir.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 122-ci ayə).
“Bu ayə biliklərin üstünlüyünü və dini məsələlərdən baş çıxarmaq bacarığını xüsusilə qeyd edir. Dini öyrənmək ən vacib hökmlərdən biridir və əgər insan müvafiq biliklərə yiyələnirsə, onda o, onları yaymalı, onları Allahın qulları ilə bölüşdürməli və insanlara faydalı məsləhətlər verməlidir. Doğrudan da, alim insan bilikləri yayırsa, onda onun elmi bərəkətli olur və ona savab gətirir və onlar daima artıb-çoxalır. Əgər alim qınına çəkilirsə, insanları hikmətli nəsihətlər və xeyirli möizələr vasitəsilə Allahın yoluna dəvət etmirsə, nadan insanlara onların bilmədiklərini öyrətmirsə, onda belə alim müsəlmanlara hansı faydanı verə bilər? O ölər və bütün bilikləri də onunla birgə ölər, lakin bu sonuc Allahın elm və müdriklik verdiyi insan üçün ən böyük zərərdir.”
(Bax “Təfsir Əs-Saadi”).