Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə Cümə namazı vaxtı iş olmayacaq

Yanvar 05
18:27 2016

Türkiyədə həftənin Cümə günləri namaz vaxtı iş olmayacaq.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.

“Cümə günləri iş saatının ibadət azadlığımıza təsir etməyəcək şəkildə yenidən tərtib olunması üçün qərar layihəsi hazırladıq. Amma iş vaxtında hər hansı azalma olmayacaq. Allah xeyirli və mübarək eləsin, Cümə namazlarında edilən duaları da qəbul etsin”, – deyə Ə. Davudoğlu söyləyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız”. (Qurani-Kərim, “Cumuə” surəsi, 9,10-cu ayələr)

Digər xəbərlər