Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə daha bir terror aktı – 6 ölü, 1 yaralı

Fevral 18
16:50 2016

Türkiyənin Diyarbəkir və Bingöl vilayətlərini birləşdirən avtomagistral yolu ilə hərəkət edən hərbi avtomobil partladılıb.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, PKK terror təşkilatının üzvləri avtomagistralın kənarına yerləşdirdikləri bombanı hərbi avtomobil karvanının keçdiyi əsnada partladıblar.

Əldə olunan məlumata görə hadisə zamanı Türkiyə ordusunun altı əsgəri şəhid olub, bir əsgər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Diyarbəkir-Bingöl avtomagistralının 30-cu kilometrliyindəki Mərmər məhəlləsi ərazisində mina təmizləməkdən qayıdan əsgərləri daşıyan zirehli transportyor PKK terrorçuları tərəfindən partladılıb.

Onu da qeyd edək ki, ötən gün İsveç Krallığının paytaxtı Stokholm yaxınlığındakı Türk Mədəniyyət Mərkəzi binasında partlayış baş verib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, partlayış Stokholmun cənub-şərqində, yerli vaxtla 21.35-də olub.

Mədəniyyət Mərkəzinin rəhbərinin verdiyi məlumata görə, partlayışın binada yerləşdirilən partlayıcı vasitəsilə törədildiyi ehtimalı böyükdür.

İnsidentin dəqiq səbəbi, partlayışın terakt olub-olmaması və ölənlər haqda dəqiq məlumat verilmir.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər