Türkiyədə ən böyük müsəlman məktəbi tikiləcək
Avqust 28
17:44
2014
959 dəfə baxılıb
Türkiyə hökuməti, ölkənin “İmam Hatip Lisesi” – islam liseyləri şəbəkəsinin ən böyük təhsil müəssisəsinin tikintisi maliyyələşdirəcək. Bu dini təhsil ocağı ölkənin Qara dəniz regionunda Kumru şəhərində yerləşəcək.
Layihə binalardan ibarət bütöv bir kompleksi, o cümlədən, təhsil müəssisəsinin özü, yataqxana, kitabxana, laboratoriya, örtülü hovuz, idman zalı, parkı daxil edir. Kompleks 35 hektar sahəni tutacaq. Müsəlman məktəbi 1 min şagird üçün nəzərdə tutulub, Umma-İnfo yazır.
“Yeni lisey əyalətdə və ölkədə ən böyük dini kompleks olacaq.”, – Kumru şəhərinin qubernatoru Əhmət Özkan bildirib.
“Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Mələklər elm tələbəsinin bu əməlindən xoş olduqları üçün qanadlarını onun üzərinə açarlar. Göylərdə və yerdə olan hər bir şey onun üçün bağışlanma diləyər” (Əbu Davud 3641, Tirmizi 2683).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)