Türkiyədə erməni dilində gedən yazılar ləğv ediləcək
Oktyabr 01
16:14
2015
651 dəfə baxılıb
“Ermənilər tarix boyu türklərin düşməni olublar”.
Türkiyənin İğdır vilayətinin giriş və çıxışında erməni dilində yazılmış “Xoş gəlmisiniz” və “Yaxşı yol” yazılarının ləğv edilməsi üçün yerli sakinlərin imzaları toplanılır.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, vilayətdə yaşayan azərbaycanlıların assosiasiyasının rəhbəri Sərdar Ünsal bildirib ki, bu yazılar azərbaycanlıları narahat edir.
“Ermənilər tarix boyu türklərin düşməni olublar. Onlar Azərbaycanın ərazilərini işğal ediblər, Xocalıda qətliam törədiblər”, – Sərdar Ünsal deyib.
Qeyd edək ki, aksiyanı qeyr-hökümət təşkilatları, siyasi partiyaların nümayəndələri və yerli sakinlər dəstəkləyiblər.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)