Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə əsgərləri ildırım vurub – 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Oktyabr 23
19:13 2015

Türkiyədə 3 əsgər şəhid olub, 12 nəfər isə yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamada bildirilib ki, Hakkarinin Yüksekova qəsəbəsində əsgərləri ildırım vurub.

Yaralı əsgərlər helikopterlə Hakkari Dövlət Xəstəxanasına aparılıblar.

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər