Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə evin altından şəhər çıxdı – FOTO

İyun 24
15:09 2015

Türkiyədə yerli sakinlərdən biri yaşadığı evin həyətində təmir işləri apararkən yıxdığı divarların altında yeraltı keçid olduğunu aşkar edib.

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, qazıntılar zamanı tapılan yeraltı keçid əslində 60 metr dərinliyində yerləşən və 8 qatdan ibarət olan qədim yeraltı şəhərdir. Məlum olub ki, tapılan şəhər bir zamanlar 20 min insanın məskunlaşmış olduğu qədim Dərinquyu yeraltı şəhərinin bir hissəsidir.

Hələ VII-VIII əsrlərdə salınmış yeraltı şəhər Bizans İmperiyası dönəmində daha da genişlənərək əsl yeraltı şəhərə çevrilmişdi.

Şəhərin sakinləri bütün ev heyvanları və əşyaları ilə birlikdə torpaq altında qazılmış evlərdə rahatlıqla məskunlaşa bilirdilər. Şəhərin birinci ən üst qatlarında tövlə, daha sonrakı qatlarda isə yaşayış otaqları, mətbəxt və kilsənin yerləşdiyi məlum olub. Digər qatlarda isə qazıntı işləri hələ də davam edir.

Xatırladaq ki, 2014-cü ilin dekabr ayında Nevşehir qala divarları yanında tikinti işləri aparılan zaman da belə bir yeraltı şəhər aşkar edilmişdir. Arxeoloqların ilkin məlumatlarına əsasən, uzunluğu 7 kilometr, sahəsi 45 hektar olan yeraltı şəhərin 5 min ilə qədər yaşı olduğu söylənilir.

📷

ev ev2 ev3 ev4 ev5 ev6

Sələf Xəbər: Uca Allah buyurur: “Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi”. (Qurani-Kərim, “əl-Nəhl” surəsi, 80-cı ayə)

Digər xəbərlər