Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə hərbi çevrilişə cəhddən sonra məmurların 5-də biri işdən azad edildi

İyul 18
15:38 2016

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.

Selefxeber.az saytı APA-ya istinadən bildirir ki, bu xəbəri “Sözcü” qəzeti yayıb. İşdən uzaqlaşdırılanların həbsinə başlanıb.

Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

Hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi və əsgər həbs edilib. Saxlanılanlar arasında prezident Ərdoğanın hərbi müşaviri də var. Həbs edilənlərdən 29 nəfər generaldı.
Bu barədə Türkiyənin NTV kanalı məlumat verib.
Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.

Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)

Digər xəbərlər