Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə hərbi maşın partlayıb – ölən və yaralananlar var – ŞƏRH

İyul 27
15:20 2015

Türkiyədə növbəti partlayış baş verib.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Diyarbəkir vilayətinin Lise rayonunda baş verib.

Hərbi maşınlar Diyarbəkir-Bingöl yolundan keçən zaman bomba yüklənmiş digər avtomobil işə düşüb, partlayış meydana gəlib. Hadisə zamanı 2 əsgər ölüb, 4-ü isə yaralanıb.

Partlayışı PKK-nın etdiyi güman edilir.

Sələf Xəbər: İnsanların həyatına ucuz yanaşan, başqalarının həyatını öz maraqları altına atan azğınlaşmış ucuz adamlar tarix boyu mövcud olmuşdur. Bu gün müsəlman dünyası sözün həqiqi mənasında çətin günlərini yaşamaqdadır. Terror təhlükəsi ilə üz-üzə qalan müsəlmanlar hər tərəfdən ziyan görürlər. Həm dünyada İslamafobiya fikirləri dərinləşir, həm də terror hərəkətləri birbaşa müsəlmanlara ünvanlanır.
Hər zaman müsəlmanlara yardımı və dəstəyi ilə dünyanın gündəmində olan qardaş Türkiyə bu gün mənfur terrorçuların təcavüzündən əziyyət çəkir. Biz öz imanımızla inanırıq ki, Uca Allah qardaş ölkəni və digər müsəlman ölkələrini bu şərdən qoruyacaq və onları bu işdən üzü ağ, alnı açıq çıxaracaqdır.
Çünki terrorçuların etdikləri nə Allaha, nə də insanlığa xidmət etmir. Əksinə bu Allaha və insanlığa qarşı edilən böyük cinayətdir.
Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)
Uca Rəbbimizə dua edirik ki, başda bizim ölkəmiz olmaqda bütün müsəlman ölkələrini terror və terrorçuların şərrindən qorusun.

Digər xəbərlər