Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə hücuma hazırlaşan İŞİD üzvləri saxlanılıb

İyul 03
17:19 2015

Türkiyənin İzmir vilayətində bir sıra strateji obyektlərə hücum planı hazırlayan 7 nəfər saxlanılıb.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, saxlanılanlar Türkiyə vətəndaşlarıdır. Onlar Suriyada quldur dəstələrinin yaradılmasında iştirak edib, həmçinin İŞİD terror xəvaric qruplaşması tərəfdə döyüşüblər.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər