Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə ilk – 19 hicablı millət vəkili parlamentə daxil oldu

İyun 09
15:20 2015

Ötən gün Türkiyədə keçirilən parlament seçkilərində daha bir ilkə imza atılıb.

“Sələf Xəbər” Azvision.az-a istinadən məlumat verir ki, seçkinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizəd olan 44 hicablı xanımın 19-u qalib gələrək mandat əldə edib.

1999-cü ildə İstanbuldan seçilən və hicab bağladığı üçün deputat ola bilməyən Mərvə Kavakcının bacısı Ravza Kavakcı budəfəki seçkilərdə parlamentə daxil ola bilib.

Türkiyə parlamentinin hicablı deputatları:

Lütfiye Selva Çam,
Sena Nur Çelik
Sema Kırcı,
Emine Yavuz Gözgeç,
Ayşe Keşir,
Zehra Taşkesenlioğlu,
Canan Candemir Çelik,
Ravza Kavakcı Kan,
Fatma Benli,
Özlem Zengin,
Nursel Reyhanlıoğlu,
Sevda Bayazıt Kaçar,
Radiye Sezer Katırcıoğlu,
Hüsnüye Erdoğan,
Leyla Şahin Usta,
Rüveyde Gülseren Işık,
Hamide Sürücü,
Ayşe Doğan,
Ayşe Sula Köseoğlu.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.

Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər