Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə ilk dəfə hicablı qadın nazir oldu – Müvəqqəti hökumətin heyəti

Avqust 29
15:09 2015

Baş nazir Davudoğlunun qurduğu, prezidenti Ərdoğanın razılıq verdiyi seçki hökumətinin tərkibində Türkiyə tarixində ilk dəfə olaraq hicablı qadın nazir təyin edilib.

“Sələf Xəbər” bildirir ki, İstanbul Ticarət Universiteti müəllimi Prof. Dr. Ayşə Gürcan, müvəqqəti seçki hökumətinin ilk hicablı qadın naziri olub.

Qeyd edək ki, Akademik Ayşə Gürcan, Ailə və Sosial Siyasətlər Naziri vəzifəsinə gətirilib.

Türkiyə müvəqqəti hökumətinin heyəti bəlli olub. Türkiyə Cümhuriyyətinin 63-cü hökumətinin tərkibi elan edilib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, axşam saatlarında prezident Ərdoğana hökumətin siyahısını təqdim edən Baş nazir Əhməd Davudoğlu, siyahının prezident tərəfindən təsdiq edilməsindən sonra Çankaya iqamətgahında yeni nazirlər şurasının tərkibini açıqlayıb.

63-cü hökumətdə aşağıdakı şəxslərə nazir kreslosu verilib:
Baş nazir- Əhməd Davudoğlu
Baş nazirin müavini- Numan Kurtulmuş
Baş nazirin müavini- Tuğrul Türkeş
Baş nazirin müavini- Cevdet Yılmaz
Baş nazirin müavini- Yalçın Akdoğan
Daxili işlər naziri – Səlami Altınok
Xarici işlər naziri- Firidun Sinirlioğlu
Elm və sənaye naziri- Fikri Işık
İnkişaf naziri –Müslim Doğan
İqtisadiyyat naziri- Nihat Zeybəkçi
Ətraf mühit və şəhərçilik naziri- İdris Güllücə
Gənclik və idman naziri- Akif Çağatay Kılıç
Meşəçilik və su işləri naziri- Veysəl Əroğlu
Milli təhsil naziri- Nabi Avcı
AB naziri- Ali Haydar Konca
Nəqliyyat, dənizçilik, kommunikasiya naziri – Firidun Bilgin
Ədliyyə naziri-Kənan İpək
Maliyyə naziri-Məhmət Şimşək
Səhiyyə naziri- Məhmət Müəzzinoğlu
Gömrük və ticarət naziri- Cənab Aşçı
Mədəniyyət və turizm naziri- Yalçın Topçu
Enerji naziri- Əli Rza Alaboyun
Milli müdafiə naziri- Vəcdi Könül
Ailə və sosial siyasətlər naziri- Ayşən Gürcan
Əmək və sosial təminat naziri- Əhməd Ərdəm
Ərzaq, kənd təsəsrrüfatı və heyvandarlıq naziri- Kutbəddin Arzu

Qeyd edək ki, Türkitə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir. Yeni hökumətdə uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib. İstanbul baş polis idarəsinin rəisi Səlami Altınokun daxili işlər naziri vəzifəsinə gətirilməsi də hökumətin məqsədlərinə uyğun bir təyinat kimi qiymətləndirilib. Yaxın günlərə qədər Milliyyətçi Hərəkat Partiyasının sədr müavini olan Tuğrul Türkeş baş nazirin müavini vəzifəsinə, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib. Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) seçki hökumətinə nazir vermədiyinə görə, o partiyalara hökumətdə kreslo verilməyib. Kürd təmayüllü Halkların Demokrasi Partiyasını (HDP) isə hökumətdə 2 nazir təmsil edəcək: Avropa Birliyi naziri Əli Heydər Qönçə və İnkişaf naziri Müslüm Doğan. 60 və 61-ci hökumətlərdə milli müdafiə naziri vəzifəsi tutmuş, ancaq 7 iyunda millət vəkilliyinə namizəd olmamış Vəcdi Könül 63-cü hökumətdə yenidən milli müdafiə naziri vəzifəsinə təyin edilib.
Türkiyədə son hökumət 28 avqust 2014-cü ildə Əhməd Davudoğlu tərəfindən qurulmuşdu.

Sələf Xəbər: Qeyd etmək vacibdir ki, tam və mütləq hakimiyyət Tək Allaha məxsusdur, xalqa deyil. Uca Allah buyurur: “Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?” (Qurani-Kərim, “Maidə” surəsi, 40-cı ayə)

Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər