Türkiyədə İŞİD-çilər həbs edildi, aralarında azərbaycanlı da var
1. 289 dəfə baxılıb
İstanbul kəşfiyyat və terrorla mübarizə şöbəsinin əməkdaşları Suriyada kamikadze təlimi alaraq şəhərdə partlayış törətməyə gələn İŞİD xəvaric terror qruplaşmasının üzvləri ilə bağlı gizli məlumat alıb.
Selefxeber.az-ın məlumatına görə “Qafqazinfo” “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu məlumatla bağlı araşdırmalar apararaq terrorçuların ünvanlarını müəyyənləşdiriblər və hücum təşkil ediblər.
Əməliyyat zamanı İŞİD xəvaric terror təşkilatının canlı bomba siyahısında adları olan “Bunyod” kod adlı Özbəkistan vətəndaşı Əziz Jon Bekrayev və “Zubeyr” kod adlı Türkmənistan vətəndaşı Novruz Ravud Qasımov saxlanılıb.Onlar çıxarıldıqları məhkəmədə həbs olunublar.
Terror aktı törətmək üçün İstanbula gələn Azərbaycan vətəndaşları – R.I (32 yaş) və O. M (26 yaşlı), Özbəkistan vətəndaşları – B.M (26 yaş), T. H (29 yaş) və N. İ (32 yaş) başqa bir ünvanda tutulub. Bu şəxslər isə məhkəmədən sərbəst buraxılıblar. Onlar ölkədən deportasiya olunacaqlar.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:
“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”