Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə İŞİD əməliyyatında 30 terrorçu yaxalanıb

Oktyabr 27
18:04 2015

Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində polis İŞİD terror xəvaric qruplaşmasına qarşı əməliyyat həyata keçirib.

“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, Konyanın mərkəzində və Çumra rayonunda əvvəlcədən müəyyənləşdirilən yerlərə edilən polis basqını zamanı 30 nəfər yaxalanıb.

Qeyd edək ki, oxşar əməliyyat dünən Diyarbəkirdə də həyata keçirilib. Əməliyyat zamanı terrorçular polisə atəş açıb və 2 polis şəhid olub. Hadisə zamanı 7 terrorçu öldürülüb, 3 nəfər isə canlı ələ keçirilib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər