Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 20 nəfər saxlanılıb
586 dəfə baxılıb
Xüsusi əməliyyat G20 sammitində təhlükəsizliyin təminatı ilə əlaqədardır.
Türkiyə polisi cümə günü Antalyada əməliyyat keçirib, əməliyyatın gedişatında “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması ilə əlaqədə şübhəli bilinən 20 nəfər adam həbs edilib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, agentliyin güc strukturlarındakı mənbənin sözlərinə görə, əməliyyat 15-16 noyabr tarixlərində Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində təhlükəsizliyin təminatı ilə əlaqədardır.
İŞİD terror xəvaric qruplaşması dünya təhlükəsizliyi üçün əsas təhlükələrdən biridir. Üç il ərzində terrorçular İraq və Suriyanın bir hissəsini işğal etməyə nail olublar, onlar Şimali Afrika, əsasən də Liviyanı öz təsirləri altına salmaq istəyirlər. Ekstremist təşkilatının üzvlərinin sayı dəqiq bilinmir, onların sayı 50-200 min yaraqlı arasında dəyişir.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)