Türkiyədə İŞİD-in 19 üzvü saxlanılıb
 
											Sentyabr 05
										
											21:24
											2014
										
									972 dəfə baxılıb
“Sələf Xəbər”-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə polisi Suriya ilə sərhəddə 19 nəfəri saxlayıb.
Onların “İslam dövləti” (İŞİD) terror xəvaric qruplaşmasının üzvü olduğu ehtimal olunur. Bu barədə Qaziəntəp şəhər başçısı Erdal Ata bildirib.
O, dünya mediasında yayımlanan şəkillərdəki İŞİD düşərgəsinin Qaziəntəp ərazisində olması barədə xəbərləri qəti surətdə təkzib edib. “Bundan söhbət də gedə bilməz. Biz əksinə bu terror qruplaşmasına qoşulmağa cəhd edənlərin qarşısı alırıq, və bunun nəticəsi olaraq 19 nəfər saxlamışıq.”
Erdal Atanın sözlərinə görə, Avropa, Qafqaz ölkələrindən gələn həmin şəxslər barəsində araşdırma aparılır.”, şəhər başçısı qeyd edib.








































 
						 
						 
						 
						 
						 
						 
						


