Türkiyədə karikaturanı yayan saytlara giriş bağlandı
821 dəfə baxılıb
Türkiyədə Diyarbəkir II Sülh Cəza Məhkəməsi “Charlie Hebdo” jurnalının yeni sayının üz qabığındakı karikaturaya görə bəzi internet saytlarına girişi məhdudlaşdırmaq haqqında qərar verib.
Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturasını yayan saytların karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması tələbi ilə vəkil Ercan Ezgin çıxış edib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, vəkilin tələbinə haqq qazandıran məhkəmə 4 saytın – birgun.net, t24.com, internethaber.com və thelira.com saytlarının karikatura olan səhifələrinə girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.
Hər kəsin ifadə azadlığı haqqına sahib olduğunu deyən məhkəmənin hakimi Özcan Kuşatan, digər insanların da haqlarının qorunmasının vacibliyini vurğulayıb.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)