Türkiyədə koalisiya hökuməti yaradılır
704 dəfə baxılıb
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəliblər.
“Sələf Xəbər” bu barədə Trend-ə istinadən xəbər verir.
MHP bir neçə şərt müqabilində AKP-nin kürd probleminin demokratik həlli ilə bağlı planını qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun ölkənin Xarici İşlər naziri vəzifəsinə keçməsi şərtlərdən biri olub.
Məlumatda deyilir ki, razılığa əsasən, parlament spikeri də MHP-li millət vəkili olacaq. Bundan başqa, Türkiyənin sabiq Daxili İşlər naziri Murat Başeşqioğlu Daxili İşlər naziri, Türkiyə Mərkəzi Bankının sabiq rəhbəri Durmuş Yılmaz isə Türkiyə Maliyyə naziri postunu tutacaq.
Xatırladaq ki, adıçəkilən hər iki şəxs hazırda MHP deputatıdır.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!