Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə komendant saatı elan edilib

Sentyabr 05
14:20 2015

Türkiyənin Muş bölgəsinin Varto şəhərində komendant saatı elan edilib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, yerli vaxtla 08:30-dan etibarən şəhərdə təhlükəsizliyi təmin etmək üçün bu addım atılıb.

Təhlükəsizlik gücləri və terrorçular arasında yaranan atışma ilə bağlı komendant saatının elanı zəriru olub.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Uca Allahdan bütün müsəlmanların vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər