Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə “küçə iftar süfrələri” ənənəsi davam edir

İyun 20
16:44 2015

Türkiyədə ilk dəfə 2005-ci ildə Fatih Bələdiyyə sədri Mustafa Dəmir tərəfindən təməli qoyulan “küçə iftar süfrələri” ənənəsi bu il də davam edir.

“Sələf Xəbər” Türkiyə mediasına istinadən xəbər verir ki, bu il də həmişə olduğu kimi, Ramazanın ilk günü Sultanəhməd meydanında 12 min nəfərlik böyük iftar süfrəsi açılıb. Nəhəng iftar yeməyində 1440 kq ət, 1800 kq düyü və 1400 kq paxlava istifadə edilib.

Ramazanın ilk günündə minlərlə vətəndaşı eyni süfrədə görüşdürən Fatih Bələdiyyəsi Sultanəhməd meydanında qurulan nəhəng iftar süfrəsində çox sayda yerli və xarici vətəndaşı da qonaq edib. 12 min adamın qatıldığı nəhəng iftar görüşməsi bir çox televiziya və radio kanalı tərəfindən canlı olaraq yayınlanıb.

Xatırladaq ki, ilk dəfə 1821-ci ildə Anadoluda başlayan, daha sonra Rumeli və Yeddiqüllə divarlarında davam edən “top atışı” mərasimi də Sultanəhməd meydanında yenidən canlandırılıb.

Hələ qədim zamanlardan Osmanlının ən əhəmiyyətli məkanlarından biri olan Sultanəhməd meydanı Ramazan ayı gəlmədən əvvəl hazırlanır və insanları bir yerə toplamaq üçün ən gözəl şəkildə bəzədilirdi. Məscid və meydanın bu qədər ahəngli bir formada yerləşdirildiyi şəhər arxitekturası insanlara həm ibadət etməyə, həm də iftar və sahurlarını eyni məkanda edə bilmə imkanı təmin edirdi. Meydana nəhəng qazanlar qoyular, yerə uzun süfrələr açılardı. Yeməklərin təşkilində padşah və dövlətin səlahiyyətliləri nümayəndələri tərəfindən köməklik göstərilərdi.

Bu adət Fatih Bələdiyyəsi tərəfindən Sultanəhməd meydanında Ramazan ayının ilk günündə yenidən tətbiq olunaraq iftar yeməklərində insanları bir yerə topladı.

Eyni süfrədə yalnız eyni yeməyi deyil, eyni həyəcanı və mənəvi dincliyi paylaşdığını söyləyən Mustafa Dəmir iftar süfrəsində iştirak edən bütün qonaqlara təşəkkür edib. Həmçinin, iftar vaxtının girdiyini bildirən top atışı mərasiminin də niyə məhz Sultanəhməd meydanında keçirildiyini bildirən sədr: “Bura bizim üçün Məkkə, Mədinə və Qüdsdən sonra dünyadakı ən mənəvi nöqtədir.

Ramazanın bu mənəvi atmosferindən bir şeylər qazanmaq üçün insan heç tanımadığı insanlar ilə eyni süfrəni paylaşır”, – sözləri ilə çıxış edib.

“Küçə iftarları proqramı”nın İstanbulda Ramazan ayı boyunca 15 məhəllədə davam edəcəyi planlaşdırılıb. Ayrıca, orucluq ayı boyunca Ramazan gəzintiləri, lokum və limonad paylanması kimi adətlərin yenidən canlanması da gözlənilir.

Sələf Xəbər: Sələf Xəbər: Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutana iftar verərsə, ona oruc tutanın savabı qədər savab yazılar. Bundan əlavə bu səbəbdən oruc tutanın savabından heç bir şey azalmaz”. (ət-Tirmizi)

Digər xəbərlər