Türkiyədə miqrantlarla dolu qayıq batıb, azı 24 nəfər ölüb
757 dəfə baxılıb
“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən bildirir ki, Türkiyə rəsmilərinin bildirdiyinə görə, Qara dənizin İstanbuldan şimalda yerləşən sahəsində miqrantları daşıyan qayığın batması nəticəsində azı 24 nəfər həlak olub, onlarla adamın aqibəti barədə xəbər yoxdur.
Hadisə Bosfor boğazının Qara Dənizlə birləşdiyi sahədə baş verib. Qayığın batdığı dəniz ərazisində geniş miqyaslı xilasetmə işlərinin başlandığı bildirilir.
Miqrantların hansı ölkədən olması məlum deyil. Media xəbərlərində dənizin həmin hissəsində miqrant daşıyan qayığın peyda olması “qəribə hadisə” kimi qeyd olunur. Fərziyyələrdən birinə görə, qaçqınlar Aİ üzvü olan Rumıniyaya yollanırlarmış.
Aİ-ə qayıqda yollanan suriyalı və əfqan miqrantlardan ibarət digər bir qrup 2 ay bundan əvvəl Türkiyə sahil mühafizəsi xidməti tərəfindən İstanbuldan şimalda xilas edilmişdi.
“Güclü külək işimizi çətinləşdirir…Qayıq çox balacadır…İçində 40 nəfər olub. Biz dənizdə suyun üzündə uşaq cəsədləri görürük”, Əli Sarıhxan adlı xilasedicinin sözləri Hurriyet Daily News qəzetində gətirilib. Qəzetin qeyd etdiyinə görə, Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra minlərlə miqrant dəniz və quru yolla Aİ-ə təhlükəli marşrutlarla çatmağa cəhd göstərir.
Sələf Xəbər: Dünya həyatı sınaqdan başqa bir şey deyildir. Uca Allah buyurur: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Müqəddəs Quran, “Mülk” surəsi, 2-ci ayə).
Uca Allahdan müsəlmanlara kömək etməyini diləyirik! Amin!