Türkiyədə növbəti mədən faciəsi: 20-dək fəhlə yerin altında qaldı
862 dəfə baxılıb
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, Türkiyənin cənubundakı Karaman əyalətinin Ermenek şəhəri yaxınlığında kömür şaxtasında baş vermiş uçqun nəticəsində 20-dək fəhlə yerin altında qalıb.
Əyalət qubernatoru Murat Koca bildirib ki, hadisə baş verdikdən sonra 20-dək fəhləni şaxtadan çıxararaq xilas etmək mümkün olub. Onun sözlərinə görə, mədəndə su borusunun zədələnməsi nəticəsində suyun səviyyəsi artıb, bu isə şaxtanın uçmasına səbəb olub.
Hadisə yerinə energetika və nəqliyyat nazirlərinin gəldiyi bildirilir. Türkiyə prezidenti qubernatorla telefon əlaqəsi yaradaraq hadisə yerindəki vəziyyətlə maraqlanıb.
Mədən nümayəndəsi Şahin Uyar “CNNTürk”ə bildirib ki, hadisə nəticəsində şaxtanın 50 m hissəsi su altında qalıb. Mədəndə 18 fəhlənin qaldığını bildirən Uyar qəza baş verdiyi an şaxtada olan 26 fəhlədən 8-i dərhal hadisə yerini tərk edərək xilas oluna bilib.
Mütəxəssislər yerin altında qalmış fəhlələrin sağ qalma ehtimalının az olduğunu bildirir. Şahin Uyar Somada baş vermiş faciədən sonra aparılmış yoxlamalar nəticəsində mədəndə işlər 1 ay əvvəl dayandırılıb, lakin 15 gün öncə burada fəaliyyət bərpa olunub.
Hazırda xilasetmə əməliyyatı davam edir. Xilasedicilər 3 istiqamətdən şaxtaya daxil olub.
Xatırladaq ki, bu ilin mayında Türkiyənin qərbindəki Soma şəhəri yaxınlığında kömür mədənində baş vermiş qəza nəticəsində 301 fəhlə ölüb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))