Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə növbəti partlayış baş verib

Fevral 17
18:47 2016

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, İstanbulda Taksim meydanında partlayış baş verib.

Partlayış səhər saatlarında 10:30 radələrində polis qüvvələrin olduğu bölgədə baş verib. Nəticədə 10 polis işçisi, 12 sıravi vətəndaş olmaqla 22 nəfər xəsarət alıb. Polislərdən ikisi ağır yaralıdır. Ölən adamın bədənində partlayıcı olduğu və bir nəfər şübhəlinin də axtarıldığı qeyd edilir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər