Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə partlayış: 80 nəfər zərər çəkib

İyul 23
16:40 2014

“RİA Novosti ” xəbər verir ki, Türkiyənin cənubi-şərqində yanacaqdaşıyan maşının partlaması nəticəsində 80 nəfərə yaxın adam müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

“Yolun Diyarbakır-Lice hissəsində yanacaqdaşıyan maşın çevrilib. Nəticədə partlayış baş verib. Ən azı 80 nəfər zərər çəkib. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürənlər gəlib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb”, – şəhər meriyasının məlumatında bildirilib.

CNN Türk telekanalının məlumatına görə sürücü idarəetməni itirib, yanacaqdaşıyan maşın aşaraq avtobus və avtomobillərin yolunu kəsib. Avtobus sərnişinləri sürücüyə köməyə tələsiblər, amma bu zaman güclü partlayış baş verib, dağılan yanacaq alışıb.

Atəş yaxınlıqda olan avtobus və avtomobillərə keçib.

Anadolu agentliyinin məlumatına əsasən zərərçəkənlərdən 20 nəfərin vəziyyəti olduqca ağırdır.

 Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).

Yəni müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib Təkallahlıq yoluna yönəlsinlər. İnsan belə vəziyyətdə sağ qala bilməsi – həm sağ qalmış kəsin özü, həm də ətrafındakılar üçün möcüzə və əlamətdir. Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.

Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).

SələfXəbər.az partlayışda zərərçəkmiş qardaş və bacılara Allahdan şəfa diləyir!

Digər xəbərlər