Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə partlayış: 9 ölü, 64 nəfər yaralı – VİDEO

Avqust 26
16:24 2016

Türkiyənin Cİzrə rayonunda Polis bölməsində bomba yüklü avtomobil ilə terror aktı törədilib.

Selefxeber.az-ın Alarabiyaya istinadən məlumatına görə, Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

Qeyd edək ki, Şırnaq vilayəti Türkiyənin Cənub Şərq hissəsində, Suriya və İraq sərhədinə yaxın ərazidə yerləşir. Bu vilayətin əksər əhalisini kürdlər təşkil edir. Türkiyə hökuməti bir il öncə kürdlərlə atəşkəsi ləğv etdiyini elan edəndən sonra bu vilayətdə tez-tez partlayışlar törədilir, atışma olur.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər