Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyədə partlayışda 6 polis həlak olub, 23 nəfər yaralanıb

Aprel 01
16:33 2016

Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 6 polis əməkdaşı həlak olub, 23 nəfər yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb.

Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər